Bilik günü- 17 sentyabr

BİLİK günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir.

Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalərinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram ” demişdi.

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin TusiBəhmənyarAbbasqulu Ağa BakıxanovMirzə Kazım bəyYusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.

“Bilik günü” – bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq  ləyaqəti və dəyərlərə olan hörmətdir”.

Bilik günü – Yeni dərs iliniz mübarək!