01.10.2018 –ci il tarixdə Fizika kafedrasının müdiri, dos.Niyazi Quliyevin açıq dərsi keçirildi

01 oktyabr 2018 –ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin I kurs fizika müəllimliyi ixtisasında  “Mexanika” fənnindən  “Dinamika. Nyuton qanunları” mövzusunda  Fizika kafedrasının müdiri, dosent Niyazi Quliyevin açıq dərsi keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasının professor – müəllim heyəti üzvləri, o cümlədən kafedraya yeni işə qəbul olunmuş 8 nəfər gənc müəllim iştirak etmişlər. Dos.N.Quliyev gənc müəllimlərə müraciət edərək bildirdi ki, müəllim tədris etdiyi fənlər üzrə dərsləri elə hazırlamalıdır ki, sanki hər dəfə açıq dərsə hazırlaşır. Dərsə hazırlaşanda müxtəlif ədəbiyyatlara müraciət etməli və mövzunu müqayisəli öyrənməlidir.

Daha sonra dos.N.Quliyev əyani vasitələrdən, kompyuter texnikasından istifadə etməklə Dinamika hərəkəti barədə Aristotelin fikirlərindən başlayaraq, Qalileo Qalileyin Ətalət prinsipi barədə məlumat verdi və tarixi və təcrübi faktlara söykənən Nyuton qanunlarının çıxarılışını və izahını verdi.

Mövzu əyani vasitələrdən istifadə edildiyi üçün birinci kurs tələbələrində və professor – müəllim heyəti üzvlərində böyük maraq oyatdı.

Açıq dərsin sonunda müzakirə keçirildi. Dos.N.Quliyev tələbə və müəllimlərin çoxsaylı  suallarına cavab verdi. Açıq dərs “əla” qiymətləndirildi.