06.XII.2018- ci il tarixdə Fizika kafedrasının növbəti elmi – seminarı keçirildi.

6 dekabr  2018 – ci il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və texniki  fənlər fakültəsində Fizika kafedrasının növbəti elmi – seminarı keçirilmişdir.

Elmi seminarda Fizika kafedrasının professor – müəllim heyəti, fizika müəllimliyi ixtisasının IV kurs tələbələri, cəmi 40 nəfər iştirak edirdi.

Seminarda Fizika kafedrasının dosenti İmanov Rizvan  Məhəmmədəli oğlu “Yer planetindəki  anomaliyalar” mövzusunda çıxış etdi.  Dos.R.M.İmanov əyani vasitələrdən, yeni texniki təlim vasitələrdən  istifadə  etməklə “Bermud üçbucağı”,  “Misir piramidaları və sfiuks”, “Çexiya katakombaları”, “Amerikada alovlanan şəlalə”, “Hindistanda maqnit təpələri”, “Koreya Çin və Hindistanda dolmen”, “Yunanıstanda Frankokastello qalası”, “Çində daş. Meşələri”, “Kolumbiyada beş rəngli çay”, “Antarktidada  qanlı şəlalə ”, “Peruda Naska qeoqlifi”, “İngiltərədə Storunxenj”,   haqqında geniş məlumat verdi. Daha  sonra dos.R.M.İmanov müəllim və tələbələrin çoxsaylı suallarına cavab verdi.

Məruzə ətrafında dos.N.İ.Quliyev., dos.Y.Namazov., b/m.S.Musayev., dos.E.Mövsümov çıxılş etdilər.

Seminarın sonunda növbəti elmi seminarın  vaxtı və mövzusu elan edildi.