12.03.2019- cu il tarixdə dos. Hüseynov Rasim Köçəri oğlunun açıq dərsi keçirildi

12.03.2019- cu il tarixdə dos. Hüseynov Rasim Köçəri oğlunun   açıq dərsi keçirildi

12 mart  2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində  Fizika kafedrasının dosenti  Hüseynov Rasim Köçəri oğlunun II kurs Fizika müəllimliyi ixtisasında “Optika” fənnindən  “İnterferensiyanın müşahidə olunma üsulları” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.E.Cavadov,  Fizika kafedrasının  müdiri dos.N.Quliyev, kafedranın professor – müəllim  heyəti üzvlərindən dos.M.Tağıyeva, dos.R.İmanov., dos.Y.Namazov., dos.S.İsgəndərova, b/m.p.f.d.S.Rüstəmova., b/m.L.Rzayeva.,  və başqaları iştirak edirdilər.

Dos.R.Hüseynov  açıq dərsi müasir  kompüter texnikasından, əyani  vasitələrdən iastifadə etməklə  hərtərəfli izah etdi. İnterferensiya hadisəsini  müşahidə etmək üçün tətbiq olunan  üsulları əyani olaraq  göstərdi.

Açıq dərsin sonunda tələbələrin və müəllimlərin  iştirakı ilə müzakirə keçirildi.

Açıq dərs 28 balla “əla ”qiymətləndirildi