29.03.2019- cu il tarixdə müəllim Seyidova İradə Adil qızının   açıq dərsi keçirildi

29 mart  2019 – cu il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində  Fizika kafedrasının müəllimi Seyidova İradə Adil qızının  II kurs Fizika müəllimliyi ixtisasında “Optika” fənnindən  “Mikroskopun böyütmə dərəcəsi” mövzusunda açıq laboratoriya məşğələ dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.E.Cavadov,  Fizika kafedrasının  müdiri dos.N.Quliyev, kafedranın professor – müəllim  heyəti üzvlərindən dos.V.rüstəmov.,  dos.Y.Namazov.,  dos.R.Hüseynov.,  b/m-L.Rzayeva, b/m.K.Həsənova.,  b/m.S.Musayev., b/m.S.İmanova və başqaları iştirak edirdilər.

Müəllim İ.Seyidova müasir kompyuter  texnikasından əyani  vəsaitlərdən  istifadə etməklə açıq dərsin mövzusunun əsasını  təşkil edən mikroskop, onun quruluşu və  iş prinsipi  haqqında  ətraflı məlumat  verdi. Daha sonra laboratoriya  işinin yerinə yetiriilməsi  üzrə tələbələrlə kommunikativ əlaqələr quraraq  geniş sorğu sual apardı və  tələbələr  müəllim və baş laborant  G.Quliyevanın köməyi ilə işi yerinə yetirdilər.

Açıq dərsin sonunda tələbələrlə müzakirə keçirildi və açıq dərs 25 balla  “yaxşı” qiymətləndirildi.