29.03.2019- cu il tarixdə müəl. Cahangirova Lalə Vladimir qızının  açıq dərsi keçirildi

29.03.2019- cu il tarixdə müəl. Cahangirova Lalə Vladimir qızının  açıq dərsi keçirildi

29 mart  2019 –cu il tarixdə “Təsviri incəsənət”  kafedrasının müəllimi Cahangirova Lalə Vladimir  qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “İncəsənət tarixi” fənnindən “Misir incəsənəti”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU–rektorunun səlahiyyətli nümayəndəsi dos.Elçin Məhəmməd oğlu Cavadov., Fizika kafedrasının müdiri, fakültə tədris metodiki  şurasının sədri dos.Niyazi İlyas oğlu Quliyev,  Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov.,  Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən b/m- Elnarə Qoşqar qızı Rəsulova., müəl. –Tağıyeva  Ruqiyyə Akif qızı    iştirak  etdilər.

Dərsin seminar məşğələsi idi, baxmayaraq ki, misir incəsənəti haqqında ədəbiyyatlarda illüstrativ material yoxdur, Cahangirova Lalə internet  vasitəsilə kifayət qədər video görüntüləri əldə etmiş və dərs prosesinə səmərəli  şəkildə  tətbiq etmişdir. Dərs  müasir dərsə verilən tələblər səviyyəsində apardı, tələbələrdə fəal idi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindənb “əla” qiymətlə qiymətləndirildi.