08.04.2019- cu il tarixdə b/müəl. Kazımova Xəyalə Eyvaz qızının açıq dərsi keçirildi

08.04.2019- cu il tarixdə b/müəl. Kazımova Xəyalə Eyvaz  qızının  açıq dərsi keçirildi

08 aprel   2019 –cu il tarixdə “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Kazımova Xəyalə Eyvaz qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəsm” fənnindən “İdman ləvazimatlarından və alətlərindən ibarət natürmort”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU–rektorunun səlahiyyətli nümayəndəsi dos.Elçin Məhəmməd oğlu Cavadov., Fizika kafedrasının müdiri, fakültə tədris metodiki  şurasının sədri dos.Niyazi İlyas oğlu Quliyev,  Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov.,  Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.Hüseynov Akif Əlirza oğlu, müəl. –Cahangirova  Lalə Vladimir qızı    iştirak  etdilər.

Müəllimə dərsə yaxşı hazırlaşmışdı, demək olar ki, dərsin bütün mərhələlərində tələbələr və müəllim fəal idi.

Müəllim izahını video görüntülərlə müşayət edirdi.

Müəllimin fəaliyyətini nəzərə alaraq tələbələr və müəllim heyəti tərəfindən açıq də

rs “əla” qiymətlə qiymətləndirildi.