MƏZUN GÜNÜ

 

22 May 2019 –cu il tarixdə  Gəncə Dövlət Universitetin ikinci tədris korpusunda təntənəli Məzun Günü keçirildi. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

Tədbiri açan universitetin rektoru professor Yusif Yusibov ilk öncə tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzuladı.

Tədbirdə başqa fakültələr kimi Fizika və texniki fənlər fakültəsinin bir qrup  tələbələri də rektor professor Yusif Yusibovun əmri ilə “Fəxri fərman”la  təltif edildilər. Tədbir  məzunların şən rəqsləri ilə yekunlaşdı.

TƏBRİKLƏR!!!!!