Fizika kafedrasının müəllimi Aygün İsgəndər qızı Kazımovanın Monteneqro şəhərində keçirilən konfransda iştirakı

Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin Fizika kafedrasının müəllimi və doktorantı Kazımova Aygün İsgəndər qızı  10 -14 iyun  2019 – cu il tarixində (5 gün) Monteneqronun Herçenqnovi şəhərində keçirilən  “Radiasiyanın müxtəlif tədqiqat sahələri” adlı Beynəlxalq  konfransında iştirak etmişdir.

Müəllimə Aygün İsgəndər qızı  Kazımova  “Kalium Manqan Tellur (Selen) kristalının elektron strukturunun tədqiqi və qamma – radiasiyanın epitaksial  filmlerin optik xüsusiyyətlərinə təsirləri” adlı  mövzuda çıxış etmişdir və sertifikatla təltif olunmuşdur.

TƏBRİKLƏR!!