Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının fəxri professoru Eldar Haqverdi oğlu Mövsümov vəfat etmişdir.

Gəncə Dövlət Universitetinin fəxri professoru, Fizika  kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mövsümov Eldar Haqverdi oğlu 23 dekabr 2019 – cu il tarixdə vəfat  etmişdir.

Prof. Eldar Haqverdi oğlu Mövsümov 10 dekabr 1937 – ci ildə Göy – göl rayonunun  Dozular kəndində anadan  olmuş, 1962 –ci ildə keçmiş Kirovabad Dövlət Pedaqoji İnstitutunun  (indiki GDU -nun) fizika – riyaziyyat  ixtisasını bitirmişdir. 1972 –ci ildə  texnika  elmləri namizədi elmi dərəcəsi, 1983 –cü ildə dosent elmi adı almışdır. 2015 – ci ildən GDU –nun fəxri professorudur.

Prof. E.H.Mövsümov 60 ilə yaxın  bir müddətdə GDU –nun Fizika kafedrasında  çalışmış, bütün ömrünü  gənc nəslin təlim tərbiyəsinə, ixtisaslı kadrların yetişdirilməsinə həsr etmişdir. O, Fizika kafedrasında Fizika və texniki fənlər fakültəsində dərin  hörmət qazanmışdır. 100 –dən çox elmi məqalənin, 8 dərs vəsaitinin müəllifi olmuşdur.

Prof.E.H.Mövsümovun əziz xatirəsi onu tanıyanların qəlbində  əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Ruhu şad olsun.