2 fevral – Gənclər günü

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan Gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə  özlərini təsdiq etməsində böyük rol  oynamışdır.

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir.  Azərbaycan əhalisinin 2,8 milyonu və ya 31 % -i gənclərdir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.

Bu önəmli işdə Fizika və texniki fənlər fakültəsində çalışan və təhsil alan gənclərin də  payı vardır. 2 Fevral – Gənclər günü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən sərgi və tədbirdə Təsviri İncəsənət kafedrasının professor – müəllim heyətinin bir neçə üzvləri və “Təsviri incəsənət  müəllimliyi” ixtisasının tələbələridə  iştirak etmişlər.

Müəl.Kazımova Xəyalə Eyvaz qızı, müəl.Tağıyeva Ruqiyyə Akif qızı sərgidə öz əl işlərini nümayiş etdirmişlər.