Müsabiqənin qalibləri-

Bakı şəhərində keşirilən Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Mənəvi Dəyərlərin Təbliği fondu və “Sənətşunaslığın təbliği” İctimai Birliyi tətəfindən tələbələr arasında təşkil olunmuş “Aprel döyüşləri və şəhid heykəltəraş Samir Kaçayev”  adlı müsabiqə sərgisində Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan respublikasının Əməkdar rəssamı Şaiq Məmmədovun rəhbərliyi ilə fakültəmizin “Təsviri incəsənət müəllimliyi” ixtisasının III kurs tələbəsi Mirvari Ələsgərova və II kurs tələbəsi Emin Səfərov iştirak etmişdilər. Müsabiqə-sərgisində Mirvari Ələsgərova I yerə, Emin Səfərov isə həvəsləndirici diploma layiq görülmüşdülər.