Fakültə Tələbə Gənclər Təşkilatı

Fakültə Tələbə Gənclər  Təşkilatı

15 oktyabr 2021- ci il tarixdə Fizika və texniki fənlər fakültəsində Fakültə Tələbə Gənclər Təşkilatına sədr vəzifəsinə namizədin seçilməsinə görə tədbir keçirildi.  

Tədbirdə Fakültə dekanı, prof.M.S.Quliyev, dekan müavini- E.X.İsmayılov, tyutorlar- M.Ş.Sadıxova., Dəmirova S. və fakültənin tələbələri iştirak edirdilər.  

Tədbirdə Fakültənin dekanı prof.M.S.Quliyev öz çıxışında  Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsi Tələbə Gənclər Təşkilatının Fakültə üzrə sədr vəzifəsinə namizəd haqqında qısa məlumat verdi.

İlk olaraq birinci 9 nəfərdən ibarət idarə heyəti seçildi. Həmin idarə heyəti üzvləri ayrı – ayrılıqda tələbələr tərəfindən ixtisaslar üzrə namizədlər verildi.

İdarə heyəti tərəfindən fakültə tələbə gənclər təşkilatının sədri -namizədliyi irəli sürülən tələbə fizika müəllimliyi ixtisasının  II kurs tələbəsi – İsgəndərov Əli Müşfiq oğlu seçildi.

Təbrik edirik.