Şəhidlər ölməz! Vətən bölünməz!

Qələbə günü

Müzəffər Azərbaycan  ordusunun  44 gün davam edən zəfər yürüşünün şanlı qələbə ilə başa çatmasından 1 il ötür. Ölkəmizin haqq savaşının qələbə ilə bitməsinin il dönümündə bu günü bizə yaşadan qəhrəmanlara sonsuz təşəkkürlər.

4 noyabr 2021-ci il tarixində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Fizika və texniki fənlər fakültəsinin bir qrup tələbələri və  əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər.

Fizika və texniki fənlər fakültəsinin məzun əsgərlərimizlə qurur düyuruq.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə uzun ömür, can sağlığı arzu edirik.

Şəhidlər ölməz!

Vətən bölünməz.