08.XII.2021- ci il tarixdə b/müəl. Mövsümova İlhamə Möhkəm qızının açıq dərsi keçirildi

08.XII.2021- ci il tarixdə b/müəl. Mövsümova İlhamə Möhkəm qızının  açıq dərsi keçirildi

      08 dekabr 2021-ci il tarixdə  GDU –nun Fizika və texniki fənlər fakültəsində IV kurs “Fizika müəllimliyi” ixtisasının  IV(1) qrupunda  Fizika kafedrasının baş müəllimi  Mövsümova İlhamə Möhkəm qızının “Fiziki elektronikanın əsasları” fənnindən “Metal – Dielektrik _ yarımkeçirici tranzistorların öyrənilməsi” mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının  müdiri dos. N.İ. Qu-liyev, Fakültə Tədris Metodiki  Şurasının sədri dos. M.C. Tağıyeva., dos.Y.B.Namazov., b/m.S.R.İmanova., b/m. E.M.Məmmədov., b/m.S.X.Musayev.,  müəl. R.A. Abbasov., müəl.A.İ.Kazımova., müəl.T.T.Tahirova., müəl.İ.A.Seyidova iştirak edirdilər.

İ.M.Mövsümova açıq dərsdə mövzunu  tələbələrə sorğu – sual keçirməklə əyani tədris vasitələrindən  istifadə etməklə və  bu zaman tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaqla izah etdi. Mövzunun müasirliyini və yeniliyini tələbələrə bacarıqla və pedaqoji ustalıqla  çatdırdı. Müəllimin dərsə hazırlığı yüksək səviyyədə idi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs  33 balla “əla” qiymətləndirildi.