“Fəxri Fərman”la mükafatlandırılıb

REKTOR UNİVERSİTETİN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİ VƏ ƏMƏKDAŞLARINI MÜKAFATLANDIRIB.

30 dekabr 2021- ci il tarixdə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik etmişdir. Professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətlərində, tələbələrə isə təhsillərində uğurlar arzulamışdır.

 Daha sonra Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə universitetin 27 nəfər əməkdaşını “Fəxri Fərman”la, 23 nəfər əməkdaşını isə “Təşəkkürnamə” ilə təltif edərək, hər birinə can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.

Fizika və texniki fənlər fakültəsinin Fizika kafedarsının dosenti, dekan müavini, Tağıyeva Mətanət Cəlal qızı və ÜTF və texnologiya kafedrasının baş müəllimi Əliyeva Afət Həmid qızı “Fəxri Fərmanla” təltif olunmuşlar.