01.04.2022-ci il tarixdə – b/m.Musayev Seyfəddin Xəlil oğlunun “Molekulyar kinetik nəzəriyyə fəslinə aid  məsələlər həlli” mövzusunda açıq dərsi keçirildi.

01 aprel 2022-ci il tarixdə GDU –nun  Fizika və texniki fənlər fakültəsində III kurs 31 qrupunda  fizika müəllimliyi  ixtisasında Fizika kafedrasının baş müəllimi Musayev Seyfəddin Xəlil oğlunun  “Məktəb fizika kursunda məsələ həlli praktikumu” fənnindən  “Molekulyar kinetik nəzəriyyə fəslinə aid  məsələlər həlli” mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev.,  kafedranın professor – müəllim heyəti üzvlərindən dos.E.X.İsmayılov.,., dos.M.C.Tağıyeva.,  dos.R.K.Hüseynov., baş müəllimlər: İ.M.Mövsümova., E.M.Məmmədov., S.R.İmanova., müəl.T.T.Tahirova., müəl.X.Ə.Xavəri., müəl. A.C.Məmmədzadə  iştirak edirdilər.

B/m. Musayev S.X. dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  Bu zaman  tələbələri aktiv şəkildə  mövzunun izahına  cəlb edirdi. Tələbələrin mövzuya  aid suallarını yerində cavablandırdı. Daha sonra tələbələrlə birlikdə  mövzuya aid məsələlərin həll olunmasını təşkil etdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 34 balla “əla” qiymətləndirildi.