01.04.2022- ci il tarixdə b/müəl. Allahverdiyeva Raziyyə Qiyas qızının “Üç həndəsi cisimdən və pərdədən  ibarət natürmort rəsmi” mövzusunda açıq dərsi keçirildi

1 aprel   2022- ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Allahverdiyeva Raziyyə Qiyas qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I1 kursunda “Rəsm” fənnindən “Üç həndəsi cisimdən və pərdədən  ibarət natürmort rəsmi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU–nun tədris işləri üzrə prorektoru dos.Ş.N.Xurşudov., Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən 7 nəfər iştirak  etdilər.

Müəllimə dərsə yaxşı hazırlaşmışdı, demək olar ki, dərsin bütün mərhələlərində tələbələr və müəllim fəal idi.

Müəllim izahını video görüntülərlə müşayət edirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs “əla” qiymətləndirildi.