01.04.2022-ci il tarixdə Hacıyeva Bahar Sabir qızının “Ət və ət məhsullarından xörəklərin hazirlanması texnologiyası” mövzusunda açıq dərsi keçirildi.

01  aprel  2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Hacıyev Bahar Sabir qızının I kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Kulinariya praktikumu”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Ət və ət məhsullarından xörəklərin hazirlanması texnologiyası” olmuşdur.

Açıq dərsdə GDU–nun tədris işləri üzrə prorektoru dos.Ş.N.Xurşudov., Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev.,  ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın  professor–müəllim  heyəti üzvlərindən: dos.G.R.Əhədova.,  b/m-K.Məmmədov., b/m-G.Hüseynova., b/m.-M.Sadıxova., b/m-S.Tağıyeva  iştirak etmişdir.

B/müəl.B.Hacıyeva  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs 26 balla “əla”  qiymətləndirildi.