07.04.2022-ci il tarixdə Hüseynov Elbrus Cəlal oğlunun açıq dərsi keçirildi.

07  aprel  2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Hüseynov Elbrus Cəlal oğlunun  I kurs  Texnologiya müəllimliyi  ixtisasında  “İstehsalın əsasları (qarşılıqlı əvəzolunma, standartlaşdırma)”  fənnindən laboratoriya açıq dərsi keçirilmişdir.

Açıq dərsin mövzusu laboratoriya  “Ştangenrərgar alətləri: Detalda  qeyri silindrikliyin formasının müəyyən edilməsi” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev.,  ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın  professor–müəllim  heyəti üzvlərindən: dos.G.R.Əhədova.,  b/m-K.Məmmədov., b/m.-B.S.Hacıyeva., b/m-S.Tağıyeva  iştirak etmişdir.

B/müəl.E.hüseynov  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs 25 balla “yaxşı”  qiymətləndirildi.