11 aprel 2022-ci il tarixdə müəl.f.f.d.A.Y.Həmzəyevanın  açıq dərsi keçirildi.

11 aprel 2022-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının müəllimi, f.f.d. Həmzəyeva Aysel Yunis qızının II kurs riyaziyyat – informatika müəllimliyi ixtisasında “Fizika” fənnindən  “Bərk cisimlərin istilik tutumunun təyini ” mövzusunda  açıq laboratoriya dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev.,  professor – müəllim heyəti üzvlərindən dos.M.C.Tağıyeva., b/m.İ.M.Mövsümova., b/m.E.M.Məmmədov.,  müəl.A.C.Məmmədzadə., müəl.İ.A.Seyidova.,  müəl.N.Ə.Verdiyeva.,  müəl.R.A.Abbasov., iştirak edirdilər.

A.Y.Həmzəyeva açıq dərsdə professor – müəllim heyətini salamlamaqla başladı. O, bərk cisimlərin istilik tutumunun klassik və kvant nəzəriyyələrindən danışdı.  Laboratoriya  işində istifadə olunacaq  işçi düsturunun çıxarılışını verdi və bu zaman  ifadəyə daxil olan kəmiyyətlərin fiziki  mənasını bacarıqla tələbələrə izah etdi. İzah  zamanı A.Y.Həmzəyeva  tələbələrlə  kommunikativ  əlaqələr qurdu və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.  Daha sonra, tələbələr növbə ilə işin gedişini danışdılar və laboratoriya cihaz və avadanlıqlarını nümayiş etdirdilər. Onlar müəllim A.Y.Həmzəyevanın nəzarəti altında laboratoriya işini yerinə yetirdilər.

Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.