11 aprel 2022-ci il tarixdə b/m.S.A.Tağıyevanın “Konstruksiya materialları texnologiyası” fənnindən “Yüksək bərkliyə malik materiallar” mövzusunda açıq dərsi keçirildi.

 11.04.2022-ci il tarixdə  “ÜTF və texnologiya” kafedrasının baş müəllimi Tağıyeva Saidə Abduləli qızının “Texnologiya müəllimliyi” ixtisasının I kursunda  “Konstruksiya materialları texnologiyası” fənnindən “Yüksək bərkliyə malik materiallar” mövzusunda (mühazirə məşğələsi) açıq dərsi keçirildi.

Açıq dərsdə ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., Fakültənini tədris metodiki şurasının üzvü dos.N.İ.Quliyev., fakültənin dekan müavini dos.E.X.İsmayılov, kafedranın  professor–müəllim  heyəti üzvlərindən: dos.G.R.Əhədova.,   b/m-G.Hüseynova., tədris ustası T.Hüseynova  iştirak edirdilər.

B/m.Tağıyeva Saidə  öz pedaqoji ustalığından istifadə edərək  mövzunu tələbələrə tam çatdıra bildi.

Açıq dərsin sonunda tələbələr və professor – müəllim heyətinin iştirakı ilə dərsin müzakirəsi  təşkil edildi və dərsdə buraxılmış nöqsanlar təhlil olundu və açıq dərs yaxşı qiymətləndirildi.