15.04.2022-ci il tarixdə III kurs “Texnologiya müəllimliyi” ixtisasında müəl. R. A.Abbasovun “Elektron texnologiyalarından istifadənin əsasları” fənnindən “Qaz dielektriklərinin elektrik deşilməsinin tədqiqi” mövzusunda açıq dərsi keçirildi.

15 aprel 2022-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində III kurs “Texnologiya müəllimliyi” ixtisasında Fizika kafedrasının müəllimi Abbasov Rəşad Akif oğlunun “Elektron texnologiyalarından istifadənin əsasları” fənnindən “Qaz dielektriklərinin elektrik deşilməsinin tədqiqi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos. N.İ.Quliyev., Fakültə dekanının müavini, tədris metodiki şuranın sədri, dos.M.C.Tağıyeva., dos.S.P.İsgəndərova., b/m.p.f.d.S.K.Rüstəmova., b/m.E.M.Məmməıdov., b/m.S.X.Musayev., b/m.S.R.İmanova., b/m.İ.M.Mövsümova., müəl.N.Ə.Verdiyeva., müəl.T.T.Tahirova iştirak edirdilər.

Müəl.R.Abbasov açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladıqdan sonra kompyuter texnikasından, yeni təlim vasitələrindən  istifadə etməklə mövzunun izahına keçdi. Qaz dielektriklərinin xüsusiyyətlərindən, istifadə istiqamətlərindən danışdı. Mövzunun izahı zamanı o, tələbələrlə kommunikativ əlaqələr qurur, tələbələri aktiv şəkildə mövzunun izahına cəlb edirdi.

R.Abbasovun dərsə  hazırlığı (fənn silabusu, fənn proqramı, laboratoriya işləri və mühazirə materialları) yüksək səviyyədə idi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.