13.04.2022-ci il tarixdə b/m. p.f.d.G.Q.Hüseynovanın “texnologiya müəllimliyi” ixtisasının II kursunda “Ağac məmulatlarının hazırlanması texnologiyası” fənnindən açıq dərsi keçirildi.

13.04.2022-ci il tarixdə “ÜTF və texnologiya” kafedrasının baş müəllimi, p.f.d.Hüseynova Gülbəniz Qurban qızının “texnologiya müəllimliyi” ixtisasının II kursunda “Ağac məmulatlarının hazırlanması texnologiyası” fənnindən açıq dərsi keçirildi.

Açıq dərsin mövzusu “Ağac məmulatlarının birləşdirilməsi” idi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın  professor–müəllim  heyəti üzvlərindən: dos.M.Q.Yusifov., b/m.B.S.Hacıyeva., b/m.K.R.Məmmədov., b/m.E.C.Hüseynov., lab.Ə.İsgəndərova  iştirak edirdilər.

Fənn müəllimi dərsi daha yaxşı mənimsənilməsi üçün dərsi sual – cavablarla başladı.

G.Hüseynova dərsə çoxlu əyani vəsaitlər, ağac məmulatlarının müxtəlif birləşmə üsullarını özündə əks etdirən maketlər gətirmişdi. Bu maketlərin  vasitəsilə ağac məmulatlarının birləşmə üsullarını əyani olaraq göstərdi.

Dərsin daha yüksək mənimsənilməsi üçün mövzunu özündə tam əks etdirən slaydlar proyektorla tələbələrə göstərdi.

 G.hüseynova çox səlis  şəkildə  ardıcıllıqla  mövzunu tələbələrə catdırılmasına nail oldu.

Dərsin sonunda açıq dərsdə iştirak edən kafedra əməkdaşlarının və tələbələrin iştirakı ilə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs “əla” qiymətləndirildi.