11.05.2022-ci il tarixdə dos.R.M.İmanovun “Termodinamika və statistik fizika” fənnindən “Qeyri ideal qazın hal tənliyi” mövzusunda açıq dərsi keçirildi.

11 may 2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun III kurs fizika müəllimliyi ixtisasında “Termodinamika və statistik fizika” fənnindən “İdeal qazın hal tənliyi” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə fakültə dekanı prof.M.S.Quliyev., kafedra müdiri dos.N.İ.Quliyev, fakültə TMŞ-nin sədri, dos.M.C.Tağıyeva., dos. R.K.Hüseynov., b/m.S.R.İmanova., b/m.S.X.Musayev., müəllimlər- A.İ.Kazımova., X.Ə.Xavəri iştuirak edirdilər.

dos.R.M.İmanov açıq dərsə professor – müəllim heyətini salamlamaqla başladı. O, mövzunu tələbələrə yüksək pedaqoji ustalıq, bilik və bacarıq nümayiş etdirməklə izah etdi. Mövzunun izahında riyazi aparatdan və əməllərdən məharətlə istifadə edirdi. Tələbələrlə, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla yüksək səviyyədə kommunikativ əlaqələr qururdu. Əyani vasitələr və kompyuter texnikasından istifadə yüksək səviyyədə idi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs ən yüksək balla 36 balla “əla” qiymətləndirildi.