11.05.2022-ci il tarixdə b/m.E.Verdiyevanın “Rəsm” fənnindən “Yaddaşdan insan fiqurunun rəsmi. Rəsmin yerləşdirilməsi və qurulması” mövzusunda açıq dərsi keçirildi.

11 may 2022-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının b/m. Esmira Verdiyevanın “Rəsm” fənnindən “Yaddaşdan insan fiqurunun rəsmi. Rəsmin yerləşdirilməsi və qurulması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən 6 nəfər    iştirak  etdilər.

B/M. E.Verdiyeva  dərsə  yaxşı hazırlaşmışdı. Dərs prosesində  yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarından istifadə etdi. 

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi.