07.X.2022- ci il tarixdə b/müəl. Məhərrəmov Əbülfət Paşa oğlunun açıq dərsi keçirildi

07 oktyabr  2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Məhərrəmov Əbülfət Paşa oğlunun  “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Qadın fiqurunun etüdü (işıq – kölgə münasibətlərinin verilməsi)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən prof.Ş.M.Məmmədov., dos. A.Ə.Hüseynov., b/m.R.Q.Allahverdiyeva, b/m.E.Q.Rəsulova, müəl.A.Səfərova.,  müəl.A.Ə.Məmmədova iştirak  etdilər.

Dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı.  Tələbələr praktik işdə işıq – kölgə  münasibətlərini yerinə yetirdi.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən yüksək qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.