11 oktyabr 2022-ci il tarixdə dos.Yəhya Binnət oğlu Namazovun açıq dərsi keçirildi.

11 oktyabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin II kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti  Namazov Yəhya  Binnət oğlunun  “Elektrik və maqnetizm” fənnindən  “Kondensatorlar” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika fakültəsinin dekanı, prof.M.S.Quliyev, kafedra müdiri dos.N.İ.Quliyev.,  dekan müavini dos.M.C.Tağıyeva.,  dos.S.P.İsgəndərova., b/m.S.X.Musayev.,  b/m.E.M.Məmmədov.,  müəl.R.A.Abbasov iştirak edirdilər.

Dos.Y.B.Namazov açıq dərsdə  iştirak edən professor – müəllimheyəti üzvlərini salamladıqdan  sonra kompyuter texnikasından , video – materiallardan   istifadə etməklə mövzunu  tələbələrə  hərtərəfli izah  etdi. Bu zaman tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq onlarla kommunikativ  əlaqələr yaradırdı.

Açıq dərsin sonunda  tələbələrin iştirakı ilə  müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.