17.X.2022-ci il tarixdə dos.Qasımov İldırım İbrahim oğlunun III kurs “Fizika müəllimliyi” ixtisasında “Tətbiqi fizika” fənnindən açıq dərsi keçirildi.

17 oktyabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin III kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti  Qasımov İldırım İbrahim oğlunun   “Tətbiqi  fizika” fənnindən  “Metal və yarımkeçiricilərin elektrik keçiriciliyinin xüsusiyyətləri” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU-nun açıq dərslərə nəzarət komissiyasının üzvü dos.Y.B.Namazov., dekan müavini dos.M.C.Tağıyeva., b/m.S.X.Musayev., b/m.E.M.Məmmədov., müəllimlər: T.T.Tahirova., İ.A.Seyidova., A.C.Məmmədzadə iştirak edirdilər.

Dos.İ.İ.Qasımov  açıq dərsdə  iştirak edən professor – müəllim  heyəti üzvlərini salamladıqdan  sonra mövzunun izahına keçdi. Mövzunun izahı zamanı tələbələrlə konstruktiv əlaqələr qurur, tələbələrə suallar verdikcə onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.

Mövzunun izahı zamanı dos.İ.İ.Qasımov metal və yarımkeçiricilərin  elektrik keçiriciliyinin xüsusiyyətlərini hərtərəfli izah etdi və onların konkret tətbiq sahələrindən  danışdı.

Dos.İ.İ.Qasımovun dərsə aid bütün sənədləri, o cümlədən fənn proqramı, sillabusu, mühazirə mətni qaydasında idi.

Açıq dərsdən sonra müzakirə   keçirildi və açıq dərs 30 (otuz) balla “əla” qiymətləndirildi.