17.X.2022- ci il tarixdə dos.Hüseynov Akif Əlirza oğlunun “Rəngkarlıq” fənni üzrə “Təsviri incəsənət müəllimliyi”ixtisası üzrə I kurs tələbələrinə açıq dərsi keçirildi

17 oktyabr  2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının dosenti Hüseynov Akif Əlirza oğlunun   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Neytral fonda  rənginə və formasına görə sadə əşyalardan ibarət natürmort” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU- rektorluğunun səlahiyətli nümayəndəsi dos.Y.B.Namazov.,  Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.Elnarə Rəsulova., müəl.Aybəniz Məmmədova., müəl.Ayşə Məmmədova., müəl.Anna Səfərova iştirak edirdilər.

Dos.A.Ə.Hüseynov mövzunun deyilmə metodikasına uyğun olaraq mövzu ilə əlaqəli mövzulardan başlayaraq, ardıcıllıqla yeni mövzunun izahını başladı. Mövzu üzrə  əyani vəsait  və elektron variantda   məlumat verərək  lövhədə geniş izahat verdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.