UNİVERSİTET TƏDBİRİ
5 oktyabr 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin II Tədris binasında Beynəlxalq Müəllimlər Günü münasibətilə peşə sahiblərinin şərəfinə bayram tədbiri keçirildi. Universitetin rektoru, professor Yusif Yusibov, 5 Oktyabr – Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzuladı. Universitetin rəhbərliyinin əmrinə əsasən universitetin bir qrup professor-müəllim, inzibati, tədris-köməkçi, təchizat-təsərrüfat işçilərinə