DOSENT – İSMAYILOV ELXAN XƏLİL OĞLU
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası
Tel: +994 50 522 15 11
e-mail:
QISA BİOQRAFİK MƏLUMAT
18 iyul 1956 –cı ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olub. 1963-cü ildə Gəncə (Kiorvabad) şəhəri 22 saylı orta məktəbin I sinfinə gedib. 1973-cü ildə Gəncə şəhəri 39 saylı orta məktəbin 10-cu sinfini bitirib. 1973-cü ildə Gəncə Dövlət Universitetinin (Kirovabad Dövlət Pedaqoji İnstitutu) fizika – riyaziyyat fakültəsinə qəbul olub, 1977-ci ildə bu ali məktəbi bitirb.
Ailəlidir, 2 övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali təhsilli. Fizika – riyaziyyat elmləri namizədi, dosent
ƏMƏK FƏALİYYƏTİ
Əmək fəaliyyətinə 1977-ci ildə Şəki şəhəri 10 saylı məktəbdə müəllim kimi başlayıb.
1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1979- cu ilin oktyabr ayından Azərbaycan Texnologiya İnstitutunda laborant, laboratoriya müdiri, müəllim kimi fəaliyyət göstərib.
1996-cı ilin sentyabrından hal – hazıra kimi Gəncə Dövlət Universitetinin Fizika kafedrasında dosentidir.
TƏDQİQAT SAHƏSİ
Molekulyar köməkçi funksiyaların molekulların tam enerjisinin hesablanmalarına tətbiqi.
BEYNƏLXALQ SEMİNAR,SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- “Fizikanın aktual problemləri” beynəlxalq elmi konfrans. BDU- dekabr, 2013
- Texnoloji innovasiyalar və elmi – texniki tərəqqi. Respublika elmi praktiki konfransı
SEÇİLMİŞ ƏSƏRLƏRİ
21 elmi əsərin, bir dərs vəsaitinin 10-dan artıq fənn proqramlarının müəllifidir. Elmi əsərləri Moskva, Kiyev, Dnepronetrovsk, Bakı və Gəncə şəhərlərində müxtəlif jurnallarda çap olunmuşdur.
1.Ümumi Fizika. Dərs vəsaiti. Gəncə , 2012. 352 səh.