Tələbə Elmi Cəmiyyəti:
Sədr: Cavadov Elçin Məhəmməd oğlu, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent.
Tələbə Elmi Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 22 may 2009 – cu il tarixli 295 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 27.06.2014 – cü il 752 nömrəli əmri ilə təsdiq edilmiş “Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnaməyə” uyğun fəaliyyət göstərir.
Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi:
* ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi;
* tələbələrin elmi-texniki potensialın qorunub saxlanılması;
* magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətini yeni sosial-iqtisadi şəraitə uyğun təşkil etmək.
Tələbə Elmi Cəmiyyətinin əsas vəzifələri:
* tələbələrin elmi fəaliyyətə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
* elmi tədqiqat işlərinə tələbələrin marağının artırılmasına köməklik göstərmək;
* tələbələrə elmi tədqiqat işlərinin müstəqil həll edilməsi yollarını öyrətmək;
* istedadlı gənclərin aşkar edilməsi və onların müxtəlif elmi konfranslara cəlb olunmasını təşkil etmək;
* elmi-pedaqoji kadr hazırlığı üçün perspektivli gəncləri seçmək və onları tədqiqtçılıq fəaliyyətinə hazırlamaq;
* müxtəlif səviyyəli tədbirlərin – beynəlxalq və yerli konfransların, elmi seminarların, müxtəlif ixtisas və fənlər üzrə olimpiadaların, ali məktəblər arası ən yaxşı elmi tədqiqat işlərinin və s. keçirilməsində tələbələrin iştirakını təmin etmək;
* tələbələrin elmi tədqiqat işlərinin nəşr edilməsini təşkil etmək;
* müxtəlif konfranslarda fərqlənmiş tələbələrin mükafatlandırılması üçün tədbirlər görmək;
* digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsini təşkil etmək;
* istedadlı və perspektivli tələbələrin təhsillərini xarici dövlətlərin qabaqcıl universitetlərində davam etdirilməsinə köməklik göstərmək.
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakultəsinin
Tələbə Elmi Cəmiyyətinin 2024-cü il üçün
İŞ PLANI
S/s. | Görüləcək işlərin qısa məzmunu | İcra vaxtı | İcraya məsul şəxs |
1 | Fakültənin nəzdində olan kafedraların professor-müəllim heyətini 2024-cü ildə TEC xətti ilə aparılan işlərə cəlb etmək. Fakültə elmi cəmiyyətinin tərkibini müəyyənləşdirmək. | Yanvar 2024 | Fakültə dekanı, kafedra müdirləri. TEC sədri |
2 | TEC üzvlərinin təsdiqlənmiş elmi-metodik mövzular üzrə işə başlamalarına nail olmaq | Fevral, mart – 2024 | Kafedra müdirləri, TEC sədri, elmi rəhbərlər |
3 | Elmi rəhbərlər və TEC xətti ilə elmi işlər aparan tələbə və magistrantların arasında aktiv iş şəraiti yaratmaq | İl ərzində | Kafedra müdirləri, TEC sədri, elmi rəhbərlər |
4 | TEC xətti ilə tələbələrin və magistrantların elmi seminarlarının keçirilməsinə nail olmaq | İl ərzində | Kafedra müdirləri, TEC sədri, elmi rəhbərlər |
5 | Tələbələri tədris olunan ixtisas fənləri ilə bağlı elmi-tədqiqat işlərinə cəlb etmək. İstehsalat və pedaqoji təcrübələrdə, laboratoriya məşğələlərində bu işlərin praktiki tətbiqini təşkil etmək | İl ərzində | TEC sədri, elmi rəhbərlər |
6 | TEC işlərinin gedişi barədə fakültə elmi şurasına məlumat və hesabatlar vermək | İl ərzində | Kafedra müdirləri, TEC sədri |
7 | Kafedralarda TEC işlərinin vəziyyətinin müzakirəsini təşkil etmək | İl ərzində | Kafedra müdirləri, TEC sədri |
8 | Təqvim ili üçün planlaşdırılmış elmi-tədqiqat işlərinin icrasına nəzarət etmək. Kafedra və fakültə üzrə konfranslarının təşkili və keçirilməsinə nail olmaq | Aprel, may – 2024 | Fakültə dekanı, kafedra müdirləri. TEC üzvləri |
9 | Fakültədəki tələbələr arasından universitetlərarası olimpiadalarda və tələbə elmi konfranslarında iştirak üçün namizədlər seçmək | Mart-2024 | Təşkilat komitəsi, TEC sədri |
10 | Vaxtaşırı olaraq universitet TEC sədri və işçi qruppu qarşısında görülən işlər haqqında hesabat vermək | İl ərzində | TEC sədri |
11 | TEC xətti ilə respublikamızda xalq təhsili, iqtisadi inkişaf, gənclərin elmi potensialının artırılması məsələləri ilə bağlı olan mövzuların araşdırılmasına nail olmaq. | İl ərzində | Fakültə dekanı, TEC sədri, elmi rəhbərlər |
Fakültə TEC-nin sədri: dos.E.M.Cavadov