TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ
TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial- iqtisadi şəraitə uyğunlaşdırılmasında Gəncə Dövlət Universitetinin işinə kömək etməkdən ibarətdir.
TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, ali təhsil müəssisəsinin Nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur və bu əsasnamə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 27 iyun 2014-cü il tarixli 752 nömrəli əmri ilə təsdiq edilmiş “Ali müəssisələrində təhsil alanların elmi-tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə uyğun şəkildə işlənib hazırlanmışdır.
TEC-in strukturu, üzvlük qaydaları və ayrı-ayrı struktur vahidlərinin formalaşdırılması prinsipi, fəaliyyətinin konkret şərtləri “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə, habelə GDU-nun Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.
TEC-in vəzifələri aşağıdakılardır:
- tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
- elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
- tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
- tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
- tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
- istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
- elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
- digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə tətbiq edilməsi;
- müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
- tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
- innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
- tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
- GDU-da və Universitetdənkənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.
Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər. TEC-ə yeni üzvlərin qəbul edilməsi tələbələrin elmi işinə rəhbərlik edən bir müəllimin (elmi dərnəyin və ya gənc alimlər birliyinin rəhbərinin) rəyi əsasında TEC-in Şurası tərəfindən həyata keçirilir. TEC-in üzvlərinin TEC tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etmək,TEC-in orqanlarının formalaşmasında, konfranslarının işində iştirak etmək TEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair rəy və təkliflərini bildirmək,TEC-in fəaliyyətinə dair informasiya əldə etmək,TEC-in Şurasına seçmək və seçilmək,yerli və beynəlxalq qrant proqramlarında iştirak etmək kimi hüquqları vardır.
TEC-in strukturuna kafedra nəzdində fəaliyyət göstərən tələbə elmi dərnəkləri,elmi dərnəkləri profil üzrə birləşdirən gənc alimlər birliyi (bölmələri),hər kursda (patokda) təhsilalanların elmi işinə cavabdeh olan TEC-in kurs (patok) bölmələri,TEC-in fakültə bölmələri daxildir.
TEC-in kargüzarlıq fəaliyyətinə onun işinin məzmununa uyğun olan sənədləşmələrin aparılması daxildir. Bu sənədlər aşağıdakılar ola bilər: müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali təhsil müəssisəsinin rektorunun tələbə elmi işinə dair əmr və sərəncamları, GDU-nun TEC-nin Əsasnaməsi, TEC-in illik iş planı və hesabatı, TEC-in iclaslarının protokolları, tələbə elmi konfranslarının sənədləri və materialları (hazırlıq planı, məruzələrin tezisləri, iclas protokolları, konfransın nəşr olunmuş materialları və s.) ən yaxşı tələbə elmi tədqiqat işi, qrant və s. müsabiqələrin keçirilməsi haqqında sənədlər və fotoşəkillər (işlərin siyahısı, annotasiyalar, rəylər, qərar, mükafatlandırma və s.), TEC-in üzvləri haqqında məlumat bazası, respublika təşkilatları və digər ali təhsil müəssisələri ilə yazışmalar və s.
MƏMMƏDOV ƏLİ İLHAM OĞLU -SƏDR
Elektron poçt ünvanı: alimemmedv773@gmail.com
Əlaqə nömrəsi: +994 50 781 22 09
18 sentyabir 2004 cu ildə Gəncədə anadan olmuşdu.
2010 ci ildə Samux rayon Qarayeri qəsəbəsi 2 nömrəli tam orta məktəbi bitirmişəm.
2022 ci ildə GDU Fizika və texniki fənlər fakultəsinə Fizika müəllimliyi ixtisasına qəbul olmuşdur.
Hal hazırda Fizika müəllimliyi 2 ci kurs tələbəsidir.
2023 ci ildə TEC fakultə sedri təyin edilib.
============================================================================
ABUZƏROVA ZÜMRÜD MURAZ QIZI – SƏDR MÜAVİNİ
Elektron poçt ünvanı: zumrudabuzrova@gmail.com
Əlaqə nömrəsi: +994 55 830 33 50
17 sentyabr 2005ci ildə Azərbaycan Respublikasında anadan olub.
2011 ci ildə Göygöl rayon 2 saylı tam orta məktəbində təhsil alıb , 2022 ci ildə bitirmişdir.
Həmin ili Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika müəllimliyi ixtisasına daxil olmuş,
hal hazırda 2-ci kurs tələbəsidir.
2024 cü ildə Tələbə Elmi Cəmiyyətinin Fizika və texniki fənlər fakültəsinin TEC-in sədr müavini seçilmişdir.
==========================================================================
FƏTULLAYEV NƏRİMAN EMİN OĞLU
Tələbə Həmkarlar Təşkilatının sədri
2006 – cI ildə Gəncə şəhərində anadan olmuşdur.
2012–cİ ildə ÇİNARLI 1 saylı tam orta məktəbinin I – sinfinə daxil olmuşdur. 2023-ci ildə isə həmin məktəbin XI -sinfini bitirmişdir.
Məktəb illəri ərzində “İlin fəal gənci” seçilmişdir. Respublika Fənn Olimpiadasının iştirakçısı olmuşdur.
2023 -ci ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika müəllimliyi ixtisasının I kursuna daxil olmuşdur.
Hal – hazırda I kurs tələbəsidir.
2023 -ci ilin oktyabr ayında Tələbə Həmkarlar Təşkilatının Fizika və texniki fənlər fakültəsi üzrə sədri seçilmişdir.
Hal – hazırda Gəncə Dövlət Universiteti Fizika və texniki fənlər fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədridir.