Cavadov Elçin Məhəmməd oğlu

Cavadov Elçin Məhəmməd oğlu

Vəzifəsi:  Kafedra müdiri,dosent

Telefon:   050-669-20-51

E-mail:     elcin.55@bk.ru         

                 elcincavadov@bk.ru

Veb sayt: elcincavadov.mozello.com

Qısa bioqrafik məlumat: 3 iyun 1969-cu ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Kərimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə, həmin rayonun İnəkboğan kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi  fakültəsinə daxil olmuşdur. 1986-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdır. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı müddətdə Lenin təqaüdçüsü olmuşdur. 1987-1989-cu illərdə Moskvada və Almaniyada Sovet ordusu hissələrində hərbi xidmətdə olmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Gəncə Dövlət Universiteti Elmi Şurasının, Fizika və texniki fənlər fakültəsinin Elmi Şürasının, fakültə metodiki komissiyasının üzvü, “ÜTF və texnologiya” kafedrasının  müdiridir.

Bir çox beynəlxalq elmi konfransların, eləcə də təhsil və idarəetmə sahələrinə dair təlimlərin iştirakçısıdır.Şəhərin və universitetin bütün ictimai tədbirlərində fəal iştirak edir. Ailəlidir, 2 oğlu var.

Təhsili: 1986-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdır. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı müddətdə Lenin təqaüdçüsü olmuşdur.  “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsini bitirmişdir. 2005-ci ildə “Üzümlüklərdə filloksera zərərvericisinə qarşı mübarizə texnologiyasının və maşınının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi dərəcəsi və adları: Texnika üzrə fəlsəfə doktoru,dosent

Əmək fəaliyyəti: 1993-cü ildən 1995-ci ilədək Gəncə Dövlət Universitetinin  “İstehsalat əsasları və əmək təlimi metodikası” kafedrasında tədris ustası və saat hesabı müəllim, 1995-ci ildən 1998-ci ilədək stajor-müəllim, 1998-ci ildən 2000-ci ilədək müəllim, 2000-ci ildən həmin kafedrada baş müəllim, 2008-ci ildən isə dosent vəzifəsində işləyir. 2016-cı ildə  “ÜTF və texnologiya”  kafedrasının müdiri vəzifəsinə seçilmişdir, hal-hazırda da həmin kafedranın müdiri vəzifəsində işləyir.

Təltiflər:  2010, 2013, 2017-ci illərdə Gəncə Dövlət Universiteti  rektorunun, 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin  Fəxri Fərmanı ilə təltif edilmişdir.    

Tədqiqat sahəsi: Apardığı  elmi-tədqiqat işində ilk dəfə olaraq üzümlüklərdə fumiqant məhlulunun  tənəklərin  kök sistemi yerləşən torpaqaltı qata verilməsinin nəzəri məsələlərinə baxmış, fumiqant mayesini torpağın altına verən qurğunun kinematik sxemini işləyib hazırlanmış,  habelə fumiqant mayesinin tənəklərin kök sisteminin yumşaldılmış dərin torpaq qatına verilmə texnologiyasını işləmışdir.

Onun hazırladığı “Torpağa fumiqantları verən maşın”ın konstruksiyasına Azərbaycan Respublikasının Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən İ 2004 0090 saylı ixtira patenti verilmişdir. Tədqiqat işlərinin nəticələrindən əldə olunmuş göstəricilər yenidir və apardığı tədqiqatların  nəticələri nəzəri və təcrübi əhəmiyyət daşıyır. İşlənib hazırlanmış texnologiya və torpağa fumiqantları verən maşın maye gübrə, konbinəedilmiş gübrələri, müxtəlif kimyəvi məhlulları torpağın dərinliyinə vermək üçün tətbiq oluna bilər, bu da onun istismar göstəricilərini daha da genişləndirmiş olur, onun bağlarda, üzümlüklərdə, giləmeyvələrdə və tinglikdə səmərəli istifadə edilməsini təmin edir.

Onun hazırladığı “Torpağa fumiqantları verən maşın” Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə stansiyasının “Bağmanlar” qəsəbəsində olan üzüm bağında tətbiq edilmiş, respublika üzrə kənd təsərrüfatı  işləri sərgisində 1-ci yer tutmuşdur.

Elmi-tədqiqat işlərinin nəticələri Azərbaycan Kənd Təssərrüfatı Nazirliyinin “Azərbaycan aqrar elmi” adlı elmi nəzəri jurnalında, ADAU-nun, GDU-nun, AzTU-nun  elmi əsərlər məcmuəsində, Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” məcmuəsində və digər nüfuzlu elmi jurnallarda  dərc olunmuşdur.

 Hal-hazırda kənd təsərrüfatının kompleks mexanikləşdirilməsi və məmulatların emalı texnologiyası sahəsində elmi-tədqiqat işləri aparır.

          Elmi əsərləri: Elmi fəaliyyəti dövründə aparılan tədqiqat işlərinin nəticələri, həmçinin tədris metodiki sahədə fəaliyyəti 100-dən çox elmi əsərlərdə, o cümlədən 4 metodik vəsait, 30-dan çox fənn proqramı və 9 dərs vəsaitində öz əksini tapmışdır.

          Seçilmiş əsərləri:  Bunlardan ən mühüm olanlarının siyahısı aşağıda verilir:

1.Комбинированная картофелепосадочная машинаТезисы докладов Всесоюзной конференции студентов, молодых ученых и специалистов (21…25 октября 1991 г, Гянджа, с.66)
2.Çiləyicilər üçün universal işçi orqanİnformasiya vərəqi, № 15, AzETETİİ, Gəncə sahələrarası informasiya mərkəzi, 1994
3.Üzümlüklərdə filloksera zərərvericisi və ona qarşı mübarizə tədbirləri.Informasiya vərəqi, AzETİİ, Gəncə ZETİTM, № 22–95, 1995
4.Əmək mühafizəsinin bəzi məsələləriGəncə — 1997, GDPİ nəşriyyatı
5.Üzümlüklərdə maye fumiqantı verən qurğu və onun iş prinsipiGDU-nin Elmi əsərlər məcmuəsi, II hissə, Bakı, Nurlan, 2001
6.Kombinə edilmiş kartofbasdıran maşının təkmilləşdirilməsiGDU-nin Elmi əsərlər məcmuəsi, Bakı, 2002, IV bur.
7.Metalların emalı ilə bağlı mövzuların fizika ilə əlaqəli tədrisiGDU-nin Elmi əsərlər məcmuəsi, Bakı, 2002, IV bur.
8.Filloksera zərərvericisinə qarşı mübarizə maşınıGDU-nin Elmi əsərlər məcmuəsi, VII buraxılış, Bakı, 2004
9.Tənəklərin kök sisteminə maye gübrə və fumiqantların verilmə texnologiyasıAKTA-nın Elmi əsərlər toplusu, Gəncə, 2004
10.Tənəklərin kök sistemi qatında zəhərli məhlulun torpaqla qarşılıqlı təsir dinamikasıAzərbaycan Aqrar Elmi jurnalı, № 4–6, Bakı, 2004
11.Üzümlüklərdə fumiqantların torpağa verilməsinin tədqiqiAKTA-nın Elmi əsərləri, II buraxılış, Gəncə, 2005
12.Fumiqantın üzümlüklərin kök sisteminə verilməsi texnologiyasının və iş orqanının əsaslandırılmasıAKTA-nın Elmi əsərləri, II buraxılış, Gəncə, 2005
13.Üzümlüklərdə fumiqantın verilməsi ilə cərgələrarasında plantajın təzələnməsində aqreqatın aqrotexniki göstəriciləriAzərbaycan Aqrar Elmi jurnalı, № 3–4, Bakı, 2005
14.Üzümlüklərin cərgələri arasında torpagın yumşaldılması ilə fumiqantın verilməsi texnologiyasıAzərbaycan Aqrar Elmi jurnalı, № 3–4, Bakı, 2005
15.Üzümlüklərdə torpağı yumşaldan və fillokseraya qarşı fumiqant verən yeni maşının tətbiqinin iqtisadi səmərəliliyiAMEA Gəncə Regional Elmi Mərkəzinin “Xəbərlər məcmuəsi”, 2005, № 18
16.Üzümlüklərdə filloksera zərərvericisinə qarşı mübarizə və torpaq becərmək üçün kombinə edilmiş maşınAzərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutu, alim-entomoloq S. R. Məmmədovanın 80 illiyinə həsr olunmuş elmi sessiyanın materialları, Bakı,2005
17.Tədris otaqlarının normativ ölçüləri və iş yerlərinin parametrləriAKTA-nın Elmi əsərləri, Gəncə, 2007, III bur.
18.Üzümlüklərdə filloksera zərərvericisi və ona qarşı mübarizə vasitələriAMEA Gəncə Regional Elmi Mərkəzinin “Xəbərlər məcmuəsi”,2008, № 31
19.Legirləyici elementlərin ərintinin kristal qəfəsinin parametrlərinə təsiri.GDU, Elmi xəbərlər, Humanitar və təbiət elmləri seriyası, № 1, Gəncə,2008
20.Orta məktəblərin yuxarı siniflərində metalların emalı işinin öyrədilməsiGDU, Elmi xəbərlər, Humanitar və təbiət elmləri seriyası, № 2, Gəncə 2008
21.Yarımkeçiricilərin fotoelektrik xassələri və onların istehsalatda tətbiqi.Azərbaycan Texnologiya Universiteti, Elmi xəbərlər, № 9–10, Gəncə,2008
22.Metalların təzyiqlə emalının müxtəlif üsullarında mövcud ola bilən gərginlik və deformasiya sxemləri.Azərbaycan Dövlət Aqrar Universiteti, Elmi əsərlər toplusu, I buraxılış, Gəncə, 2009
23.16 XCH markalı möhkəmlənmiş poladın mexaniki xassələriAzərbaycan Aqrar Elmi jurnalı, № 3–4, Bakı, 2009
24.Həndəsi qeyri-xəttiliyi nəzərə almaqla ortotrop qeyri-bircins lövhələrin dayanıqlığı və rəqsi məsələləriGDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 3, Gəncə, 2012
25.Ga2Te3 (Si) kristallarının otaq temperaturunda əsas parametrlərinin təyini“Elmi xəbərlər” Fundamental, humanitar və təbiət elmləri seriyası. Gəncə 2014, № 2 səh 43–46
26.Образование стабильных концевых групп в механически напряженных полимерахGDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 2, Gəncə, 2013
27.Ga2 Te3 kristalında həcmi yüklərlə məhdudlaşmış cərəyanın (HYMC) tədqiqiGDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 1, Gəncə, 2014
28.Vakuum şəraitində mexaniki yüklənmiş polimerlərdə yeni stabil qrupların yaranmasıGDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 1, Gəncə, 2015
29.Statistik metodlarla məhsulun keyfiyyətinin idarə olunmasıGDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 1, Gəncə, 2015
30.Nadir torpaq elementi itterbium (Yb) ilə aşqarlanmış kristalının elektrik xassələrinin tədqiqiGDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 1, Gəncə, 2017
31.Sonsuz uzunluqlu silindrdə gərginlik dalğalarının təyinə aid dinamik məsələ“Riyaziyyat və mexanikanın aktual problemləri” adlı elmi konfransın materialları, BDU, 17–18 may Bakı-2018 səh.3–4
32.Nadir torpaq elementi itterbium (Yb) ilə aşqarlanmış Ga2Se3 kristalının qalıq fotokeçiriciliyiGDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 2, Gəncə, 2017
33.Alüminium əsaslı ərintinin təzyiqlə emalı zamanı baş verən sürtünmənin bəzi aspektlərinin təhliliGDU, Müasir təbiət elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, III Hissə, Gəncə,2017
34Исследование водородной связи в некоторых N-алкилзамещенных O-метилкарбоматах методом инфракрасной спектроскопии (UKC)Телавский Государственный Университет им.Якова Гогебашвили, сборник научных трудов, № 1(30), Тбилиси,2017
35.Fotosintez prosesində enerjinin donor akseptor daşınması sxemiGDU, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, V hissə, Gəncə,2018
36.Respublikanın aqrar inkişafında pambıqçılığın rolu)GDU, Elmi xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası, № 3, Gəncə, 2018
37.Fotosintez prosesində enerji daşınmasının fiziki mexanizminin yeni xüsusiyyətləriGDU, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, IV hissə, Gəncə,2019
38.AgCrSe2 və AgCrTe2 birləşmələrinin debay temperaturunun hesablanmasəıGDU, Müasir təbiət elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, III hissə, Gəncə,2020
39.Yarımkeçirici lazerlərin yaranması və inkişaf tarixiGDU, Müasir təbiət elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, III hissə, Gəncə,2020
40.Uc plastik zonalı dairəvi halqavari dəyişən qalınlıqlı lövhədə çatın yaranması zamanı həddi-tarazlıq vəziyyətinin və çatın ölçülərinin təyiniGDU, Müasir təbiət elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, III hissə, Gəncə,2020
41.AIII BIII C2IV növ yarımkeçirici birləşmələrin quruluş xüsusiyyətlərinin tədqiqiGDU, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, II hissə, Gəncə, 2021
42.Aqrar sahədə mütərəqqi texnologiyanın istifadəsiGDU, Elmi Xəbərlər, Gəncə, 2021
43.Bərk məhlulunun qüv- vətli elektrik sahəsində və müxtəlif temperaturlarda xarakteristikasının (VAX) tədqiqiGDU, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, IV hissə, Gəncə, 2022
44Respublikanın aran iqtisadi rayonlarında yeni əkilmiş və bərpa olunmuş meyvə bağlarında cərgəralarında birillik kənd təsərrüfatı bitkilərinin kombinə edilmiş səpin texnologiyasıGDU, Elmi Xəbərlər, Gəncə, 2021
45.Влияние термообработки на электрические свойстваGDU, Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri, Beynəlxalq elmi konfrans, IV hissə, Gəncə, 2022
46.Otaq temperaturunda kristalının qalıq fotokeçiriciliyiGDU, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri”, Beynəlxalq elmi konfrans, V hissə, Gəncə, 2023
47.İşıq selinin mövsümi dəyişmələrinə bitki örtüyünün reaksiyasının riyazi model əsasında öyrənilməsiGDU,”Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri”, Beynəlxalq elmi konfrans, V hissə, Gəncə, 2023
48.Buğda küləşinin müxtəlif elektrik cərəyanı parametrlərinin əsaslandırılmasıGDU,”Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri”, Beynəlxalq elmi konfrans, V hissə, Gəncə, 2023
49.Üzüm şitillərinin hazırlanma texnologiyasının işlənməsiGDU, “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri”, Beynəlxalq elmi konfrans, V hissə, Gəncə, 2023
50.Ərintilər nəzəriyyəsi. Ərintilərin  hal diaqramı haqqında  anlayış.[4]https://muhaz.org/3-erintiler-nezeriyyesi-erintilerin-hal-diaqrami-haqqinda-anla.html

Patentləri

Ixtiralarının adıİxtiranı qeydə alan təşkilat, ixtira tarixi və qeyddiyyat nömrəsi
1.Torpağa fumiqantları verən maşınAzərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi. Patent – ixtira I 2004 0090
2.Filloksera zərərvericisinə qarşı mübarizə üsuluAzərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi. Patent-ixtira I 2005 0025
3.Çiləyicilər üçün universal işçi orqan.Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi. Patent-ixtira I 2008 0312

Dərs vəsaitləri

Tədris vəsaitlərinin adıNəşr yeri, tarixi
1.Əmək mühafizəsinin bəzi məsələləri.Gəncə,1997.
2.Əmək mühafizəsi (laboratoriya məşğələləri üçün dərs vəsaiti)Bakı,1998, Şərq-Qərb mətbəəsi
3.Əmək mühafizəsi, dərs vəsaitiGəncə, 2002.
4.Əmək mühafizəsi (laboratoriya məşğələləri üçün)Bakı, 2003, Şərq-Qərb mətbəəsi
5.Əmək mühafizəsi və təhlükəsizliyi (metodik vəsait)“Təhsil”, Elm, Gəncə, 2009, qrifli nəşr
6.Həyat fəaliyyətinin təhlükəsizliyi” Dərs vəsaitiBakı, 2011, Şərq-Qərb mətbəəsi
7.“Əmək mühafizəsi və təhlükəsizliyi”. Dərs vəsaiti.(qrifli nəşr). Bakı 2019.
8.Riyaziyyat, abituriyentlər üçün dərs vəsaitiBakı 2015
9.Riyaziyyat, I hissə, abituriyentər üçün dərs vəsaiti https:[5]Bakı, 2019
10.Riyaziyyat, II hissə, abituriyentlər üçün dərs vəsaiti[6] FBakı,2020
11.Həndəsə, abituriyentlər üçün dərs vəsaiti[7]Bakı, 2021
12.Triqonometriya, testlər toplusuBakı,2022
13.Texniki yaradıcılığın əsasları, ali məktəblər üçen dərs vəsaiti(E. M. Cavadov, İ. M. Məmmədov, Q. N. İsayev, 2021. Gəncə Dövlət Universitetinin 25 dekabr 2020-ci il tarixli 08 saylı əmrinə əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir.)[8]Bakı,2021
14.Avtomatikanın əsasları, ali məktəblər üçen dərs vəsaiti[9]Bakı,2022
15.Həndəsə. Abituriyentlər üçün 1,2,3 hissə pdf[10] 
16Maşınşünaslığın əsasları(Maşın hissələri). Dərs vəsaiti.    Bakı,2023

Fənn proqramları

Fənn proqramının adıNəşr yeri, tarixi
1.“Əmək mühafızəsi və təhlükəsizliyi” fənninin proqramı.Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2009
2.“Əmək mühafızəsi və təhlükəsizliyi” fənninin proqramı. Magistr təhsil səviyyəsi üzrə.)Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2018
3.“Standartlaşdırmanın əsasları” fənninin proqramı.(Dos. E. M. Cavadov, Dos. E. K. Yaqubov)Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2013
4.“Nəzəri mexanika” fənninin proqramı.Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2019
5.“Tətbiqi mexanika” fənninin proqramı.Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2019
6.“Materiallar müqaviməti” fənninin proqramı.Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2019
7.“Məişət elektrik cihazları” fənninin proqramı.Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2020
8.“Texniki fənlərin tədrisi metodikası” fənninin proqramı.Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2021
9.Kompüter qrafikası” fənninin proqramı.Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2021
10.GDU-nun Ümumi texniki fənlər kafedrasında bakalavr təhsil pilləsi üzrə tədris olunan fənn proqramlarının toplusu.(Dos. E. M. Cavadov, dos. M. T. Nağıyev)Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2013
11.“Qarşılıqlı əvəzetmə, standartlaşdırma və texniki ölçmələr” fənninin proqram (Dos. E. M. Cavadov, Dos. E. K. Yaqubov)Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2009.

         Beynəlxalq və respublika simpozium və konfranslarda iştirakı:  1991-ci ildə tələbələr arasında Gəncə şəhərində keçirilən Beynəlxalq elmi konfransda “Kombinəedilmiş kartof basdıran maşın ” mövzusunda məruzə etmişdir.

2005-ci ildə görkəmli alim-entamoloq Sidiqə Məmmədovanın 80 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda iştirak etmişdir.

2010-cu ildə Gəncə şəhərində ADAU-nun 80 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfransda “Həndəsi qeyri-xəttiliyi nəzərə almaqla ortotrop qeyri-bircins lövhələrin dayanaqlığı və rəqsi məsələləri” mövzusunda məruzə etmiş və elmi işinin nəticələri konfransın materiallarında dərc olunmuşdur.

2018-ci ildə Bakı Dövlət Universitetində “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı Beynəlxalq elmi konfransda, 2017-ci ildən başlayaraq hər il Gəncə Dövlət Universitetində “Müasir təbiət elmlərinin aktual problemləri”nə həsr olunmuş Beynəlxalq elmi konfransda, 2023-cü ildə Azərbaycan Texnologiya Universitetində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda iştirak etmişdir.

Dil bilgisi: azərbaycan, rus

Partiyalığı: Yeni Azərbaycan Partiyası