Qarayev Cabbar İbrahim oğlu
Qarayev Cabbar İbrahim oğlu
Vəzifə: dosent
Telefon: 050-646-33-26 ev 257 49 12
E – mail: cabbar.gdu@mail.ru
Qısa bioqrafik məlumat: 1960-cı ildə Goranboy rayonun Nizami kəndində anadan olmuşdur. 1967 ci ildə Nizami kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1977- ci ildə həmin orta məktəbi bitirmişdir. 1979-cu ildən 1981-ci kimi Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1982-ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat ixtisası üzrə I kursuna daxil olmuş, 1987-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildən 2000-ci ilə kimi Gəncə Dövlət Universitetinin tələbə həmkarlar təşkilatının sədri vəzifəsində çalışmışdır. 1992-ci ildə Mühəndis pedaqoji fakültəsinin “İstehsalat əsasları və əmək təlimi” kafedrasında 0,5 ştat müəllim vəzifəsinə təyin olunmuşdur. 2001-ci ildən 2011-ci ilə kimi GDU-nun Fizika və texniki fənlər fakültəsində tədris işləri üzrə dekan müavini işləmişdir. 2012-ci ildən 2018-ci ilin iyul ayına kimi “Təcrübə və karyera” şöbəsində pedaqoji təcrübə rəhbəri, 3 iyul 2018-ci ildən həmin şöbənin müdiri, eyni zamanda “ÜTF və texnologiya” kafedrasında dosent vəzifəsində işləyir.
Təhsili: ali
Elmi dərəcəsi və adları: Fizika –riyaziyyat elmləri namizədi, dosent
Əmək fəaliyyəti: 38 il
Təltiflər: Azərbaycan Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi döş nişanı”
Tədqiqat sahəsi:
Elmi əsərləri: 3 fənn proqramı, 4 metodik vəsait, 2 metodik tövsiyyə və 30-dan artıq elmi məqalənin müəllifidir.
Beynalxalq və respublika simpozium və konfranslarda iştirakı: Universitetdə və respublikanın ali məktəblərində keçirilən konfranslarda iştirak etmişdir.
Dil bilgisi: azərbaycan, rus
Partiyalığı: 1997 ci ildən YAP üzvüdür.