Qasımov İldırım İbrahim oğlu

Fizika kafedrasının dosenti, Fizika-riyaziyyat elmlər namizədi

Tel:             050-323-74-78                                

e-mail:                                                                

QISA BİOQRAFİK MƏLUMAT

1959-cu il iyul ayının 15-də Bərdə rayonunun Həsənqaya kəndində anadan olmuşdur.

1976-cı ildə Bərdə rayonunun Saatlı kənd orta məktəbini bitirmişdir. 1980-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.

1980-1983-cü illərdə təyinatla İsmayıllı rayonunda orta məktəbdə fizika  müəllimi işləmiş, 1983-1984-cü illərdə hərbi xidmətdə olmuşdur və  Xarici elektron qurğuları üçün hərbi məktəbi bitirmişdir.

Ailəlidir, 3 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

Ali Təhsilli. Fizika-riyaziyyat elmləri namizədi, dosent

ƏMƏK FƏALİYYƏTİ

1984-cü ildən Gəncə Dövlət Pedaqoji İnstitutunun «Təlimin texniki vasitələri» laboratoriyasının müdiri, Ümumi Texniki Fənlər kafedrasında müəllim, baş müəllim işləmişdir.

1991-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi dərəcəsi almışdır.

1998-ci ildə Fizika və onun tədrisi metodikası kafedrasında dosent vəzifəsinə seçilmişdir.

2003-2011-ci illərdə Magistratura şöbəsinin müdiri, 2011-ci ildən Fizika və texniki fənlər fakültəsinin dekanı vəzifəsində işləyib.

 Hal-hazırda Fizika kafedrasının dosentidir.