Emin Yaqubov
Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent, qabaqcıl təhsil işçisi
Elektron ünvanı: emin.yagubov@mail.ru
Qısa bioqrafik məlumat: 08.01.1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbdə oxumuş, 1982-ci ildə Gəncə ş., Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirmişdir. 1982-ci ildə Azərbaycandan göndərişlə Gürcüstan Politexnik İnstitutuna (Hazırda Gürcüstan Texniki Universiteti) qəbul olmuş, 1989-cu ildə həmin ali məktəbi fərqlənmə ilə bitirmişdir.1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1990-cı ildən Gəncə Dövlət Universitetində çalışır. 2000-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildən Ümumi texniki fənlər və texnologiya kafedrasının dosentidir. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Bir çox beynəlxalq elmi konfransların, eləcə də təhsil və idarəetmə sahələrinə dair təlimlərin iştirakçısıdır.
Ailəlidir. Dörd övladı var.
Əmək fəaliyyəti: 1990-cı ildə H.Zərdabi adına KDPİ-nin (Hazırki GDU) Ümumi Texniki fənlər kafedrasına laborant vəzifəsinə təyin edilmişdir.
1995–ci ildə Mühəndis-Pedaqoji fakültəsinin elmi şurasının qərarına əsasən İstehsalat əsasları və əmək təlimi metodikası kafedrasına müəllim seçilmişdir.
1998–ci ildə Mühəndis-Pedaqoji fakültə elmi şurasının qərarına əsasən həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişdir.
2012–ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi dosent attestatına əsasən Ümumi texniki fənlər və texnologiya kafedrasına dosent vəzifəsinə seçilmişdir.
2011-2013 – cü illərdə magistratura şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir.
2013–cü ildən Magistratura şöbəsinin müdiridir.
50–dan çox elmi məqalənin, bir neçə metodik göstərişin və 2 dərs vəsaitinin müəllifidir.
Tədqiqat sahəsi: Metal əsaslı ovuntu kompozisiya materiallarının struktur və xassələrinin yaxşılaşdırılması
Seçilmiş əsərləri:
- Методические указания по определению некоторых параметров при выполнении курсовых работ по теме “обработка металлов давлением”. Научные труды Московского Педагогического Государственного Университета, серия естественные науки, 2004, Москва-с:420-425.
- Metallarda baş verən plastik deformasiya mexanizminin tədqiqi. GDU-nun elmi əsərlər məcmuəsi-İV, Gəncə-2004, s.58-59.
- Metalların mexaniki xassələrinin sınanılmasında oxşarlıq şərtləri. GDU. Elmi əsərlər məcmuəsi-VIII, Gəncə-2004, s.59-61.
- Определение момента и работы прокатки при обработке металлов давлением. Научные труды Московского Педагогического Государственного Университета, серия естественные науки, 2005, Москва-с:621-625.
- Dənənin ölçüsünün və aşağı temperaturlu tabəksiltmənin alət poladlarının mexaniki xassələrinə təsiri. AKTA-nın Elmi əsərləri, Gəncə-2007, I buraxılış, s.43-45.
- Müxtəlif strukturlu karbonlu poladların mexaniki xassələrinin sınaq göstəriciləri. AMEA Gəncə Regional Elmi Mərkəzinin “Xəbərlər Məcmuəsi” №31, Gəncə-2008, s.118-122.
- “Qarşılıqlı əvəzetmə, Standartlaşdırma və texniki ölçmələr” fənni üzrə proqram.
- “Qarşılıqlı əvəzetmə, Standartlaşdırma və texniki ölçmələr” fənni üzrə proqram. Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi,qrifli nəşr, Gəncə, 2009.
- 16 XCH markalı möhkəmlənmiş poladın mexaniki xassələri. “Azərbaycan Aqrar Elmi” jurnalı, №3-4, Bakı-2009, s.112-114.
- Konstruksiya materialları texnologiyası. Metodik vəsait. “Təhsil”, Bakı, 2009, qrifli nəşr.
- Standartlaşdırmanın əsasları. Fənn proqramı. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu. GDU. Gəncə, 2013.
- Экспериментальное определение сопротивления деформации при обработке металлов давлением. Труды XIII международных Колмогоровских чтений : сборник статей. – Т 782 Ярославль : РИО ЯГПУ, 2015–308 с. ISBN 978-5-00089-032-5.
- Alüminium əsaslı ərintinin təzyiqlə emalı zamanı baş verən sürtünmənin bəzi aspektlərinin təhlili. “Müasir təbiət elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransının materialları, GDU- nun nəşriyyatı, Gəncə, 2017.
- Metalların təzyiqlə emalı üsulu ilə alüminium əsaslı kompozit materialın alınması texnologiyasının işlənib hazırlanması. “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransının materialları, GDU- nun nəşriyyatı, Gəncə, 2018.
- Alüminium əsaslı kompozit materialın hidroekstruziya üsulu ilə emalı zamanı rejim parametrlərininn qarşılıqlı əlaqəsinin təyini. “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransının materialları, GDU- nun nəşriyyatı, Gəncə, 2019.
- Materialşünaslıq. Fənn proqramı. Gəncə Dövlət Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2019.
- Konstruksiya Materialları Texnologiyası. Fənn proqramı. Gəncə Dövlət Universitetinin mətbəəsi, qrifli nəşr, Gəncə, 2020.
- Особенности структурообразования порошковой системы Cu–Al. Металлург, № 12, Москва.2020, ст. 65-70.
- Specifics of structure formation in Cu-Al powder systems. CURRENT ISSUES OF SCIENCE AND EDUCATION Abstracts of XIV International Scientific and Practical conference Rome, Italy March 23 – 26, 2021, p.177-181.
- Alüminium əsasli ovuntu kompozisiyalarin soyuq halda preslənməsi zamani baş verən sixlaşma prosesinin xüsusiyyətləri. “Müasir təbiət elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransının materialları, GDU- nun nəşriyyatı, Gəncə, 2021.
- Features of structural formation in a Cu–Al powder system. Journal of Metallurgist. volume 64, pages1307–1314 ,2021.
- Müxtəlif üsullarla bişirilən ovuntu alüminium kompozisiyalarin struktur xususiyyətləri və xassələri. AMEA-nın xəbərləri. Cild XLI, № 5. “Elm” nəşriyyatı, Bakı 2021.
- Features of the process of compaction of powder Aluminum alloys by cold pressing. “Machine-building and Energy: New Concepts and Technologies” International Scientific-practical Conference materials, December 2-3, 2021, pp. 143-146, AzTU, Baku, Azerbaijan.
- Особенности процесса уплотнения порошковых алюминиевых сплавов холодным прессованием. Научно – технический журнал “Фундаментальные и прикладные проблемы техники и технологии”. Учредитель–федеральное государственное бюджетное образовательное учреждение высшего образования «Орловский государственный университет имени И.С. Тургенева». № 2 (352) 2022.
- Cu-al əsasli ovuntu kompozisiyalarinin maye fazali bişirilməsi prosesinin bəzi fiziki parametrləri. Azerbaijan Journal of Physics Fizika. Institute of Physics Azerbaijan National Academy of Sciences, Department of Physical, Mathematical and Technical Sciences, pp. 132-136, Baku 2022.