Əliyev Sabir İsfəndiyar oğlu
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
ÜNVAN: H.Əliyev prospekti,159,Gəncə,Azərbaycan Respublikası
Tel: 256-75-99
e-mail:
QISA BİOQRAFİK MƏLUMAT
1950-ci ildə Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olmuşdur.
1957 –ci ildə Gədəbəy qəsəbə orta məktəbinin I sinfinə qəbul olub, 1967-ci ildə həmin məktəbi bitirib.
1967-ci ildə keçmiş H.Zərdabi adına Kirovabad (Gəncə) Pedaqoji İnstitutunun (indiki GDU-nun) fizika ixtisasına qəbul olmuş, 1971-ci ildə fizika ixtisası üzrə diplom almışdır.
Sonra hərbi xidmətdə olmuşdur (1972-1973)
Həqiqi hərbi xidməti başa vurduqdan sonra 1973-1976- cı illərdə H.Zərdabi adına KDPİ-nin (indiki GDU) fizika kafedrasında laborant vəzifəsində işləmişəm.
1976-1979-cu illərdə Az.SSR Elmlər Akademiyasının Fizika İnstitutunun əyani aspirantı olmuşdur. Oranı bitirdikdən sonra Təhsil Nazirliyinin göndərişinə əsasən Azərbaycan Texnologiya İnstitutunun Fizika kafedrasında işləməyə göndərilmişdir.
Həmin institutda laborant, assistent, baş müəllim və dosent vəzifələrində işləmişdir.
Bu müddət ərzində Yarımkeçirici Ga2(SexTe1-x)3 monokristalları alınmış, qüvvətli elektrik sahəsində və (77 – 450K) temperatur interialında onların elektrik, optik fotoelektrik xassələri tədqiq edilmişdir. Alınmış elmi nəticələr respublika və ümumittifaq konfranslarında məruzə edilmişdir. Bunlar əsasında 89-dan çox elmi – metodiki məqalələr çap olunmuşdur. O cümlədən 4 metodiki göstəriş və 2 müəlliflik şəhadətnaməsi vardır.
1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
- Aбдуллаев Г.Б., Тагиев Б.Г., Алиев С.И. Электрооптический модулятор и способ его изготовления. А.С. №740011. Москва. 14.02.1980г.
- Aбдуллаев Г.Б., Тагиев Б.Г., Алиев С.И. Способ комбинированной обработки стальных изделий. А.С. №-1274330. Москва. 01.08.1986г.
- Тагиев Б.Г., Нифтиев Г.М., Алиев С.И. Эффект переключения с памятью в монокристаллах Ga2Te3 «Физика и техника полупроводников» Т.13, в 3. 1979г. Ленинград.
- Aбдуллаев Г.Б., Тагиев Б.Г., Алиев С.И. Долговременная релаксация и остаточная фонопроводимость в монокристаллах Ga2Te3 физика и техника полупроводников. Т.16. в 9 сентябр 1982г. Ленинград.
- Əliyev S.İ., Hurşudov İ., Musayev S.X. Nadir toprak atomları ilə katkılanmış Ga2(Se0,95Te0,05)3 kristallarının kalıq fotoiletkenligi.
Atatürk Universiteti Erzurum Turkiye 25-31 mayıs 2005
2004-cü ildən GDU –nun keçmiş Tətbiqi fizika, hal – hazırda isə Fizika kafedrasında dosent vəzifəsində işləyir.
Bu müddət ərzində Ga2(SexTe1-x)3 bərk məhlullarının elektrik, fotoelektrik və optik xassələrinə aid 30 elmi məqalə çap etdirmişdir.
1978-ci ildən başlayaraq elmi seminarlarda və keçmiş ittifaq konfranslarında məruzələrlə çıxış etmişdir.
1978/79- cu illərdə Gənc fiziklərin Bakıda, 1980-ci ildə isə Azərbaycan Elmlər Akademiyasında keçirilən aspirantların konfransında Xalkogenidlərin tətbiqinə dair ümumittifaq konfranslarında Tbilisi – 1984, Çernovitsi-1986, Ujqorod – 1988, Atatürk universiteti Ərzurum 2005, Bodrum Türkiye 2009.
AzTU-də professor – müəllim heyətinin elmi – praktiki konfranslarında, 1989, 1991, 1992,1993, 1995, 1997, 1998, 1999, 2000, 2001.
Gəncə Dövlət Universitetinin professor – müəllim heyətinin elmi – praktiki konfranslarında iştirak etmişdir.
- Əliyev S.İ. Ga2(Se0,1Te0,9)3 bərk məhlulunun qüvvətli elektrik sahəsində Volt- amper xarakteristikasının tədqiqi. GDU-nun Elmi əsərlər məcmuəsi. Bakı, Nurlan.2005
- B.H.Tağıyev., Əliyev S.İ. Yarımkeçiricilərin elektrik keçiriciliyi və Om qanunundan kənaraçıxma halları. GDU-nun Elmi əsərlər məcmuəsi.
- Əliyev S.İ., Əkbərova İ.H. Yarımkeçiricilərin müasir texnika və istehsalatda istifadəsi. Azərbaycan MEA-ın. Gəncə. Regional elmi mərkəzi xəbərlər məcmuəsi №38. Gəncə, 2009
Hazırda kafedrada ümumi fizika fənnindən bütün ixtisaslar üzrə proqram toplusunun yazılmasında iştirak edir.
Pedaqoji fəaliyyətlə bərabər tələbələrin fərdi tədris , elmi – tədqiqat işləri aparmasına kömək edirəm.
Bunlardan əlavə kafedrada keçirilən iclaslarda və elmi seminarlarda və GDU-da keçirilən bütün tədbirlərdə müntəzəm olaraq iştirak edir.
Attestat: A3 №206326 1967 –ci il
Diplom fizika: 5 iyul 1971. Э №211740
Elmlər namizədi: Moskva 4 iyul 1984. ФМ № 020232
Dosent: 6 iyul 1994 (prot.№35) Azərb.resp. Ali Attestasiya Komissiyasının qərarı ilə Bakı.1994
1. Dos.Z.M.Zeynalov. GdJnGaS4 kristallarının elektrik sel özəllikləri Tezis Türk – fizik dernegi. İstanbul – Tutkiye. 21 – 24 iyul, 2015.
2. Dos.Z.M.Zeynalov Dos.N.İ.Quliyev. Müəl.T.T.Tahirova Nadir torpaq elementi itterbium (Yb) ilə aşqarlanmış Ga2Se3 kristalının yapışma səviyyələrinin tədqiqi Tezis Opto-nanoelektronika kondensə olunmuş mühit və yüksək enerjilər fizikası. Bakı, 25 – 26 dekabr, 2015
3 Dos.S.İ.Vəliyev., Dos.Z.M.Zeynalov ., b/m.S.X.Musayev Metilkarbonatlarda hidrogen əlaqəsinin infraqırmızı spektroskopiya üsulu ilə tədqiqi (İQS) Tezis. Opto-nanoelektronika kondensə olunmuş mühit və yüksək enerjilər fizikası. Bakı, 25 – 26 dekabr, 2015
4. дос.С.И.Велиев., дос..Е.М.Джавадов., ст.пр.С.Х.Мусаев. Исследование водородной связи в некоторых N – алкилза-мещанных О – метилкарбонатах методом инфракрасной спектроскопии (ИКС). Сборник научных трудов. Тбилиси 2016
5 Dos. Z.M.Zeynalov., Dos. E.M.Cavadov., Dos. S.İ.Vəliyev. Vakkum şəraitində mexaniki yüklənmiş polimerdə stabil qrupların yaranması. Məqalə. GDU elmi xəbərləri. № 1, Gəncə 2016
6 Dos.E.M.Cavadov., Dos.S.İ.Vəliyev. Nadir torpaq elementi itterbium (Yb) ilə aşqarlanmış Ga2Se3 kristalının elektrik xassələrinin tədqiqi Məqalə GDU elmi xəbərləri. № 1, Gəncə 2017
7 Dos. E.M.Cavadov. Nadir torpaq elementi itterbium (Yb) ilə aşqarlanmış Ga2Se3 kristalının qalıq fotokeçiriciliyi.Məqalə. GDU elmi xəbərləri. № 2, Gəncə 2017
8. Dos. E.M.Cavadov. Ga2(Se0,2Te0,8)3 bərk məhlulunun qüvvətli elektrik sahəsində Volt – amper xarakteristikasının (VAX) tədqiqi. Məqalə. GDU elmi xəbərləri. Gəncə 2020. çapdadır
9. Dos.E.M.Cavadov., Dos.N.İ.Quliyev. Otaq temperaturunda Ga2(Se0,9Te0,1)3<Yb> kristalının qalıq fotokeçiriciliyi. Məqalə. H.Əliyevin 100 illiyinə həsr edilmiş Beynəlxalq konfrans GDU elmi xəbərləri. 5-6 may 2023. V hissə