Fizika və texniki fənlər fakültəsində Zəfər günü ilə bağlı tədbir keçirilib

Bu gün 2 noyabr 2022- ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilmişdir.

Tədbiri Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq çıxışında   Vətən müharibəsi zamanı tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən,  Qarabağ döyüşlərində əsgərlərimizin şücaətindən ətraflı danışmışdır.

       Universitetin Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.Muğan Quliyev öz çıxışnda  qeyd etdi ki, Vətən müharibəsində milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, rayonlarımızda törədilmiş soyqırım aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında almış, işğalçı Ermənistana layiq olduğu yerini göstərmişdir.

  Tədbirdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələri şeirlər və vətənpərvərliyə aid mahnılar səsləndirilmişdir.