28 saylı orta məktəbdə “Gəncə abidələri” mövzusunda ictimai dərs

Təsviri incəsənət kafedrasının müdiri, prof.Məmmədov Mərdan Mürsəl oğlu 28 saylı orta məktəbdə ictimai dərs keçirildi.

Dərsdə iştirakçıları 8-9 noyabr Zəfər bayramı münasibəti ilə təbrik etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək qazilərə şəfa, ordumuzua rəşadət dilədi.

Sonra Qarabağa 30 illik işğal dövründə tarixi mədəniyyət nümunələrinə, milli irsimizə, dekorativ tətbiqi sənət nümunələrinə və s. qarşı aparılan vandalizmindən danışıldı. Məscidlərimizin dağıdılması, Azıx mağarasında tədqiqat adı ilə aparılan işlər, heykəllərin güllələnməsi qeyd edildi.

Bu məsələlərə görə Gəncədə yaşayıb təhsil alan tələbə və şagirdləri abidələrlə tanış etmək zərurəti yaranıb və “Gəncə Abidələri” adlı kitab ərsəyə gəlib. Müəllif qeyd edir ki, kitab üç hissədən ibarətdir. Gəncənin tarixi memarlıq, müasir memarlıq və heykəltaraşlıq abidələri. Hər bölmə haqqında şəkillər üzərində məlumat verdi.