25.XI.2022-ci il tarixdə müəl.Verdiyeva Nuranə Əlişir qızının I kurs biologiya ixtisasında “Fizika” fənnindən “Mayelərin daxili sürtünmə əmsalının stoks üsulu ilə təyini” mövzusunda açıq dərsi keçirildi.

25 noyabr2022-ci il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının I kurs biologiya ixtisasında “Fizika” fənnindən “Mayelərin daxili sürtünmə əmsalının stoks üsulu ilə təyini” mövzusunda laboratoriya məşğələsindən açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., dekan müavini dos.M.C.Tağıyeva., GDU-rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov iştirak edidilər.

N.Ə.Verdiyeva açıq dərsin mövzusuna aid nəzəri məlumatları ətraflı şəkildə tələbələrə çatdırdı və bu zaman tələbələrlə kommunikativ və konstruktiv əlaqələr qururdu. Onları fəal şəkildə mövzunun izahına cəlb edirdi. Daha sonra tələbələr laboratoriya işinin gedişi barədə müəllimin suallarına cavab verdikdən sonra N.Ə.Verdiyeva işin gedişini tələbələrə izah etdi.

Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.