15.XII. 2022- ci il tarixdə  ÜTF və texnologiya  kafedrasının p.f.d.b/m. Hüseynova Gülbəniz Qurban  qızının III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Texnologiya fənninin tədrisi metodikası” fənnindən açıq dərsi keçirildi.

15 dekabr 2022- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının p.f.d.b/m. Hüseynova Gülbəniz Qurban  qızının III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Texnologiya fənninin tədrisi metodikası” fənnindən “TƏLƏBƏLƏRİN İXTİSAS ÜZRƏ PEDAQOJİ TƏCRÜBƏSİNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİNƏ DAİR  TÖVSİYYƏLƏR”  mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə  “ÜTF və texnologiya” kafedrasının müdiri dos.E.M.Cavadov., GDU-nun açıq dərslərə nəzarət komissiyasının üzvü dos.Y.B.Namazov., kafedranın professor- müəllim heyəti üzvlərindən dos.G.R.Əhədova., b/m.A.H.Əliyeva., b/m.T.Z.Verdiyeva iştirak edirdilər.

b/m.G.Q.Hüseynova açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərsin qiyməti (29 balla) “əla” qiymətləndirildi.