14.03.2023-cü il tarixdə b/m.Həsənova Emilya Məmməd qızının açıq dərsi keçirildi.

14 mart 2023- cü il tarixdə “Təsviri incəsənət”  kafedrasının b/m. Həsənova Emilya Məmməd qızının  I kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında  “Təsviri sənət tarixi” fənnindən “Misir incəsənəti” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Tağıyeva M.C.,, Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən 6 nəfər iştirak edirdilər.

b/m.Həsənova E.M. dərsin təşkilatı hissəsini  normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifasə etdi, mövzuya uyğun xeyli sayda əyani vəsaitlər hazırlaşmışdı.

Dərs prosesində  yeni mövzunun izahı zamanı plana uyğun olaraq şərh edilən materialları slaydlarla müşayiət olundu. Dərsin izah hissəsi dərsə verilən müasir tələbələrə cavab verirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş  qiymətləndirildi.