BAYRAM TƏDBİRİ

15 mart 2023 – cü il tarixdə Fizika və texniki fənlər fakültəsində Novruz Bayramına həsr olunmuş tədbir keçirildi.

Fakültə dekanlığının və Fakültə tələbə gənclər təşkilatının birgə hazırladığı musiqili – ədəbi tədbir GDU –nun II tədris binasının akt zalında oldu. Akt zalı və onun səhnəsi bayramsayağı bəzədilmişdi. Novruz Bayramının və yazın gəlişinin rəmzi olan səmənilər və şirniyyatla dolu olan novruz xonçası tədbirin keçirildiyi məkana xüsusi yaraşıq verirdi.

Bayram tədbirində fakültənin professor – müəllim heyəti, fakültənin tələbələri iştirak edirdi. Tədbirdə prorektor dos.Gülsüm xanım Fətəliyeva da iştirak edirdi. O, tədbiri giriş sözü ilə açdı və hörmətli rektor prof.Yusif Yusibovun adından qarşıdan gələn Bahar bayramı münasibəti ilə fakültənin müəllim və tələbə kollektivini təbrik etdi. Onlara şəxsi həyatlarında, işlərində və təhsillərində uğurlar arzuladı.

Sonda Fakültə dekanı, professor Muğan Quliyev çıxış etdi. O. Tədbir iştirakçılarını təbrik etdi, bütün kollektivi  Novruz Bayramı münasibəti ilə şəhərimizdə keçiriləcək böyük Bayram tədbirində fəal iştirak etməyi çağırdı.

Sonra fakültə tələbələrinin hazırladığı musiqili – bədii proqram təqdim edildi. Bir–birindən maraqlı rəqslər və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

BAYRAMINIZ MÜBARƏK!!