27.03.2023- cü il tarixdə müəl. Məmmədova Aybəniz Əli qızının  “Təsviri incəsənət müəllimliyi” ixtisasının 2(1)kurs tələbələrinə “Boyakarlıq” fənnindən açıq dərsi keçirildi

27.03.2023- cü il tarixdə müəl. Məmmədova Aybəniz Əli qızının  açıq dərsi keçirildi

27 mart 2023-cü il tarixdə  “Təsviri incəsənət”  kafedrasının müəllimi Məmədova Aybəniz Əli qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II (1-2) kurs tələbələri ilə “Boyakarlıq” fənnindən “Qadın portretinin etüdü” (işin bütövləşdirilməsi və tamamlanması) mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə , GDU -nun səlahiyyətli nümayəndəsi dos.Namazov Y.B., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 4 nəfər iştirak  edirdi.

Dərs normal təşkil olunmuşdu. Müəllim dərsə sual – cavabla başladı. Ancaq köhnə mövzunun yeni mövzu ilə əlaqələndirilməsi zəif idi. Dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı.  Tələbələr praktik işdə işıq – kölgə  münasibətlərini yerinə yetirdi.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.