28 MART 2023- cü il tarixdə Fizika kafedrasının baş müəllimi, f.f.d. İmanova Sevinc Ramazan qızının I kurs Kimya ixtisasında “Fizika” fənnindən “Mayelərin daxili sürtünmə əmsalının stoks üsulu ilə təyini” mövzusunda açıq laboratoriya dərsi keçirildi.

28 MART 2023- cü il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru İmanova Sevinc Ramazan qızının I kurs Kimya ixtisasında “Fizika” fənnindən “Mayelərin daxili sürtünmə əmsalının Stoks üsulu ilə təyini” mövzusunda açıq laboratoriya dərsi keçirildi.

Açıq dərsdə fakültə dekanının müavini, kafedranın dosenti E.X.İsmayılov, kafedra müdiri dos.N.İ.Quliyev., GDU -nun rektorunun səlahiyyətli nümayəndəsi dos.Y.B.Namazov., b/m.S.X.Musayev., müəl.İ.A.Seyidova iştirak edirdilər.

b/m.f.f.d. S.R.İmanova açıq dərsə tələbələri açıq dərsin mövzusu ilə tanış etməklə başladı. Əyani vasitələrdən – plakat və şəkillərdən, video görüntülərdən istifadə etməklə Arximed və Stoks qüvvələri, ağırlıq qüvvələri, onların mayedə hərəkət edən cismə təsirləri barədə geniş məlumat verdi. Bu zaman S.R.İmanova tələbələrlə konstruktiv əlaqələr qurur, onları fəal şəkildə mövzunun izahına cəlb edirdi. Daha sonra S.R.İmanova tələbələrə işin gedişini izah etdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.