18 may muzeylər günündə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya

Təsviri incəsənət müəllimliyi ixtisası 2-ci kurs tələbələri və həmin kafedranın müəlllimi p.f.d. L.V.Cahangirova tədris etdiyi Muzey işi fənni ilə əlaqədar 18 may Beynəlxalq Muzeylər Günündə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya ediblər. Tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edən eksponatlar və həmin dövrə aid sənədlərlə tanış olublar. Həmçinin tələbələr Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyini də ziyarət ediblər. Tələbələr 4 bölmədən ibarət olan muzeydə qəhrəmanın həyatını əks etdirən 161 fotoşəkil və 285 adda eksponatla tanış olublar.