19.05.2023 – “Heykəltaraşlıq” fənnindən müəl. Ayşə Məmmədovanın açıq dərsi keçirildi

Müəl. Məmmədova Ayşə Elbrus qızının   AÇIQ DƏRSi

19 may  2023-cü il tarixdə  “Təsviri incəsənət”  kafedrasının müəllimi Məmmədova Ayşə Elbrus qızının  “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Heykəltaraşlıq” fənnindən “Klassik gips nümunələrindən dodağın yapılmasıı” Mərhələ: dodaq üçün karkasın ümumi şəkildə doldurulması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev., prorektor- dos.Asif Cavadov., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 6 nəfər iştirak edirdilər.

Müəllimin keçdiyi açıq dərsin təşkilati hissəsi gözəl təşkil olunmuşdu. Auditoriyada çox gözəl aura var idi. Dərsdə qısa sual cavabdan sonra heykəltaraşlıq haqqında istifadə olunan ləvazimatları göstərərək, hər birinin istifadə qaydasını izah etdi. Dəırsdə mövzuya aid slaydların nümayişi yerində və gözəl idi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən yüksək qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.