Azərbaycan dili kafedrasının b/m Firduz Məmmədova Təsviri incəsənət müəllimliyi ixtisasının I kursunda Azərbaycan dilində “İşgüzar və akademik kommunikasiya” fənnində bir eksperiment keçirdi

Azərbaycan dili kafedrasının baş müəllimi Firduz Məmmədova Təsviri incəsənət müəllimliyi ixtisasının I kursunda Azərbaycan dilində “işgüzar və akademik kommunikasiya” fənnindən keçdiyi dərsdə maraqlı bir eksperiment həyata keçirmişdir. Belə ki, müəllim dərs dediyi tələbələrə “Azərbaycan dilində əsas kommunikasiya vasitələri olan verbal, qeyri – verbal və paraverbal nitq” mövzusuna uyğun olaraq belə bir tapşırıq vermişdir.

Bəxtiyar Vahabzadənin “Küsüb məndən” şeirinə əsasən təsvirlər yaradın. Tələbələr verbal, qeyri – verbal və paravebral nitq elementlərinə dair əyani, məntiqi düşüncə ilə təsvir nümunələri yaratmışlar. Şeirdən bir parçaya həsr etmişlər:

Sən gizlədib gül üzünü

Gəl qaraltma gündüzümü

Söz eyləyib hər sözümü

Küsüb barışanım mənim